Keçid linkləri

Təcili xəbərlər
2023, 27 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:21

Üzeyir Hacıbəylinin adı qaytarıldı


Təmirdən sonra Bakı Musiqi Akademiyası binasının açılışı olub, 18 sentyabr 2008
Üzeyir Hacıbəylinin adı Bakı Musiqi Akademiyasına qaytarıldı.
Prezident İlham Əliyev sentyabrın 18-də bu haqda sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bakı Musiqi Akademiyası (keçmişdə Azərbaycan Milli Konservatoriyası adlanıb) 1992-ci ildə yaradılıb. Akademiya 1995-ci ilə qədər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyıb.
Sentyabrın 18-də həmçinin, Bakı Musiqi Akademiyası binasının təmir-bərpa işlərindən sonra açılış mərasimi olub. Binanın təmiri bir il davam edib. Eyni zamanda, Akademiyanın maddi-texniki bazası da müasirləşdirilib, bir çox yeni musiqi alətləri alınıb.

Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

Sentyabrın 18-i Üzeyir Hacıbəylinin anadan olduğu gündür.

Ü. Hacıbəyli 1885-ci ilin sentyabrın 18-də anadan olub. 1948-ci ildə vəfat edib.
XS
SM
MD
LG