Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:43

Rusiya Ermənistanı necə xilas edir?


Qafqaz sözün əsl mənasında müharibə vəziyyətindədir. Bu da Rusiyanın üç yüz illik Qafqaz siyasətinin nəticəsidir
Qafqaz sözün əsl mənasında müharibə vəziyyətindədir. Bu da Rusiyanın üç yüz illik Qafqaz siyasətinin nəticəsidir
Rusiyanın Cənubi Qafqazda forpostu olan Ermənistan Rusiyanın Gürcüstana müdaxiləsindən sonra ciddi blokadadır. Bu ölkənin ancaq İranla quru əlaqələri var və təbii ki, bu, iqtisadi ehtiyacları ödəmək üçün kifayət deyil.
Rusiya fəal şəkildə çıxış yolları axtarır və hətta bu məqsədlə Türkiyəyə üz tutub. İndi bölgənin siyasi kəsimində Türkiyənin rolu bir neçə dəfə artıb.
Sözsüz ki, bütün bunlar Rusiyanın planları və arzularıdır, bir çox hallarda isə arzularla imkanlar üst-üstə düşmür. Elə Ermənistanın daxili durumu da qənaətbəxş vəziyyətdə deyil. Ermənistan müxalifəti prezident Serj Sarkisyanı «Dağlıq Qarabağ problemini hərraca çıxarmaqda» qınayıb. Müxalifətin fikrincə, Serj Sarkisyan Dağlıq Qarabağ problemini Ermənistan-Türkiyə-Azərbaycan formatına keçirməklə kifayət qədər ağırlaşdıra bilər.

Etiraf edək ki, vaxtilə Ermənistanı reallığa səsləyən Levon Ter-Petrosyanın indiki fikirləri əvvəlkilərlə müqayisədə bir qədər ziddiyyət təşkil edir və görünür bu da müxalifətçiliyin nəticəsidir.

Vəziyyət isə həqiqətən də mürəkkəbdir. İndi nəinki Qafqaz evindən və sabitlik platformasından danışmaq çətindir, əksinə əvvəlki münasibətlər belə indiki ilə müqayisədə daha stabil görünür. Qafqaz sözün əsl mənasında çılpaqlaşıb. 5 ölkədən 4-ü biri-biri ilə müharibə vəziyyətindədir. Bu da Rusiyanın üç yüz illik Qafqaz siyasətinin nəticəsidir. Hər yerdə ziddiyyət, mübahisə, qarşıdurma, torpaq iddiası! Ortaq məxrəcdən danışmaq yersizdir.

Qafqaz sözün əsl mənasında çılpaqlaşıb. 5 ölkədən 4-ü biri-biri ilə müharibə vəziyyətindədir. Bu da Rusiyanın üç yüz illik Qafqaz siyasətinin nəticəsidir. Hər yerdə ziddiyyət, mübahisə, qarşıdurma, torpaq iddiası!
Azərbaycan rəhbərliyi ilə görüş keçirildi. Heç bir ciddi vəd verilmədi. Başqa cür ola da bilməzdi. Problem iyirmi ildir ki, həllini gözləyir. Rusiyanın daha Minsk Qrupunun həmsədrliyində qalması üçün mənəvi və siyasi əsasları tükənib. Dağlıq Qarabağa fərqli yanaşdıqlarını deyirlər! Amma bu fərqlər özünü nədə biruzə verir? Müşahidəçilər maraqlı detala diqqət yetirirlər. Qərb Gürcüstanda Rusiya qoşunlarını işğal olunmuş digər ərazilərdən çıxarır. Amma Azərbaycanın 7 rayonu on illərdir ki, işğal altındadır. Hələ bircə dənə belə olsun rayon azad edilməyib! Budurmu fərqli yanaşma? Aydın məsələdir ki, Dağlıq Qarabağ problemi Rusiyaya Azərbaycanı özünün siyasi orbitində saxlamaq üçün lazımdır. Ən maraqlısı budur ki, Azərbaycan rəhbərliyi bunu başa düşür. Daha əvvəlki kimi hərbi ritorika da modda deyil, daha heç kim «lazım gələrsə torpaqlarımızı hərb yolu ilə azad edəcəyik demir»! Hamı hər şeyi gözəl dərk edir, amma cari, gündəlik siyasi maraqlar milli maraqları önə keçirməyə imkan vermir. Bəs milli maraqlar nə diktə edir? Aydındır ki, Rusiya Azərbaycanı aldadır. Rusiyanı Azərbaycanın NATO ilə bağlı planları, nefti, qazı və geosiyasi mövqeyi maraqlandırır. «Güzəştsiz itaət!» - Rusiya Azərbaycandan bunu tələb edir. Ölkə getdikcə Qərb institutlarından və dəyərlərindən uzaqlaşır, avtoritarizm güclənir. Bütün bunlar Rusiyanın təsirinin nəticəsidir. Rusiya indi bir avtoritarizm adasıdır, hamını da zorla bura çəkir.

Nəzərə almaq lazımdır ki, hətta indiki təkləndiyi vəziyyətdə Rusiya zərrə qədər də olsun Azərbaycanı düşünmür, ona yardım etməyə çalışmır. Rusiyanın məqsədi Ermənistanı xilas etməkdir. Azərbaycan üçün ən təhlükəli perspektiv Kollektiv Təhlükəsizlik Müqaviləsinə sürüklənməkdir.

Vaxtilə Azərbaycan Rusiya qoşunlarını öz ərazisindən ilk çıxaran ölkə kimi öyünürdü. İndi isə passiv şəkildə hadisələri, geosiyasi prosesləri seyr etməklə məşğuldur. Düzdür, NATO ilə fərdi əməkdaşlıq proqramı var. Amma fərdi əməkdaşlıq sonsuzluğa qədər davam edə bilməz axı? Regiona etibarlı təhlükəsizlik arxitekturası lazımdır və Azərbaycan da bu sırada öz yerini tutmalıdır. Bunu geosiyasi məntiq diktə edir. Rusiyanın Gürcüstandakı kiçik qələbəsi də müvəqqətidir. Heç kim Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımayacaq. Və gec-tez NATO bu problemi də həll edəcək, Gürcüstanın ərazi bütövlüyü bərpa olunacaq. Siyasətdə risk də lazımdır. Düzdür, tez-tez deyirlər ki, siyasət mümkün olanın sənətidir, amma daim donuq-statik sərhədlərdə qalmaq da olmaz.

Məqalədəki fikirlər müəllifin şəxsi mulahizələridir.
XS
SM
MD
LG