Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:28

ABŞ iki ildən sonra Ermənistana səfir göndərdi


İkiillik fasilədən sonra ABŞ nəhayət, Ermənistandakı səfirini təyin edib.

Rus-serb mənşəli səfir Mari Yovanoviç artıq sentyabrın 17-də Yerevana gələcək. Bu barədə məlumatı Gazeta.ru saytına Yerevandakı Amerika diplomatik missiyasının mətbuat katibi Evelina Arabyan verib.

Yeni təyinata qədər Yovanoviç ABŞ-ın Qırğızıstanda səfiri olub.

Artıq iki il idi ki, ABŞ-ın Ermənistanda səfiri yox idi. ABŞ prezidenti Corc Buş 2006-cı ilin sentyabrında keçmiş səfir Con Evansı geri çağırıb. Buna Evansın Osmanlı İmperiyasında ermənilərin soyqırımı haqda açıq bəyanat verməsi səbəb olmuşdu.
XS
SM
MD
LG