Keçid linkləri

2024, 17 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:56

Birinci Qüdrət Həsənquliyev danışacaq


Sentyabrın 17-də Mərkəzi Seçki Komissiyasında pulsuz efir vaxtının verilməsi ilə əlaqədar prezidentliyə namizədlərin puşkatma mərasimi olub
Sentyabrın 17-də Mərkəzi Seçki Komissiyasında pulsuz efir vaxtının verilməsi ilə əlaqədar prezidentliyə namizədlərin puşkatma mərasimi olub
Sentyabrın 17-də Mərkəzi Seçki Komissiyasında (MSK) pulsuz efir vaxtının verilməsi ilə əlaqədar prezidentliyə namizədlərin puşkatma mərasimi keçirilib.
Püşkatmaya görə ilk çıxışı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev edəcək.
İkinci Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, üçüncü Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev, dördüncü hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, beşinci Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, altıncı Ümid Partiyasının sədri İqbal Ağazadə və sonuncu müstəqil namizəd Qulamhüseyn Əlibəyli çıxış edəcəklər.

Seçkiyə qatılan namizədlərə həftə ərzində 6 saat efir vaxtı veriləcək. Bunun 3 saatı İTV-də, 3 saatı isə İctimai Radioda olacaq. Namizədlər həftənin tək günləri radioda, cüt günləri isə televiziyada pulsuz təbliğat aparacaqlar.

Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində yeddi namizəd iştirak edir.

Təbliğat-təşviqat kampaniyası sentyabrın 17-də başlayıb və 28 gün davam edəcək.
XS
SM
MD
LG