Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 00:21

Rusiya İ. Əliyev və S. Sarkisyan arasında birbaşa danışıqlar istəyir


Azərbaycan və Rusiya prezidentləri sentyabrın 16-da Moskvada görüşüblər
Azərbaycan və Rusiya prezidentləri sentyabrın 16-da Moskvada görüşüblər
Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqların davam etdirilməsinin tərəfdarıdır. Moskva problemin tərəfləri qane edən həlli variantını müdafiə edəcək.

Bunu Moskvada İlham Əliyevlə görüşdən sonra Rusiya prezidenti Dmitri Medvedev deyib.

Azərbaycan prezidenti İ.Əliyev isə bildirib ki, hazırda Qarabağ probleminin həlli üçün yaxşı əsaslar var: «Münaqişənin yaxın həlli regionda iqtisadi əməkdaşlıq üçün əlverişli perspektivlər aça bilər».

***

Prezidentlər Dmitri Medvedev və İlham Əliyev ölkələri arasında ikitərəfli əməkdaşlıqdan razı qaldıqlarını bildiriblər. Medvedevin sözlərinə görə 2008-ci ilin sonlarına kimi Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard dollara çata bilər.

Medvedev Moskva və Bakı arasında münasibətlərin konyuktur xarakter daşımadığın söyləyib.

Dövlət başçıları həmçinin Qafqazda yaranmış vəziyyəti müzakirə ediblər. İlham Əliyev regionda sülhün bərqərar olmasını və sabitliyin yaranmasını vacib hesab edib.

Prezident İlham Əliyev rusiyalı həmkarının dəvəti ilə sentyabrın 15-də qısa işgüzar səfərlə Moskvaya gedib.

XS
SM
MD
LG