Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 23:38

Mətbuatda siyasi müxtəliflik azdır


Siyasi müxtəliflik daha çox «Zerkalo» və «Yeni Müsavat» qəzetlərində müşahidə edilib
Siyasi müxtəliflik daha çox «Zerkalo» və «Yeni Müsavat» qəzetlərində müşahidə edilib
Prezident seçkisi ərəfəsində namizədlərin mətbuat vasitələrində işıqlandırılmasında müxtəliflik azdır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) keçirdiyi monitorinq belə deməyə əsas verir. Monitorinq müddətində siyasi müxtəliflik daha çox «Zerkalo» və «Yeni Müsavat» qəzetlərində müşahidə edilib.

Monitorinq zamanı təqdim olunan birinci hesabat avqustun 15-dən sentyabrın 12-nə qədər olan müddəti əhatə edir.

Monitorinq 7 telekanal (ANS, ATV, AzTV, İTV, Xəzər, Lider və Space) və 4 qəzetdə («Azərbaycan», «Xalq qəzeti», «Yeni Müsavat» və «Zerkalo») aparılıb.

Monitorinqi aparan komanda TV proqramlarını və gündəlik qəzetləri təhlil edib və seçkidə iştirak edən bütün namizədlərə, həmçinin siyasi fiqurlara ayrılan vaxt və yer üzrə nəticələri qiymətləndirib.

Monitorinq nəticələrinə görə, 3 telekanalda siyasi fiqurların işıqlandırılmasının 100 faizi İlham Əliyevə həsr edilib. İndiki prezidentə 86 faiz həsr edən ANS başqa telekanallara nisbətən daha çox müxtəliflik nümayiş etdirib.

«Azərbaycan» qəzetində siyasi əhəmiyyətli işıqlandırmanın 98 faizi, «Xalq qəzeti»ndə isə 100 faizi İlham Əliyev üzərində qurulub.

İkinci hesabat rəsmi təbliğat dövrü də daxil olmaqla, 13 sentyabr - 10 oktyabrı, üçüncü və sonuncu hesabat isə 11 oktyabr-20 okyabrı əhatə edəcək.
XS
SM
MD
LG