Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:40

Yeni dərs ili başlayır</a> <img src="/img/icon-photogallary.gif" border=0 />


Bu ildən bütün məktəblərdə 100 faizlik uniforma tətbiq olunub
Bu ildən bütün məktəblərdə 100 faizlik uniforma tətbiq olunub
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Ölkədə yeni dərs ilinin başlaması ilə əlaqədar bütün məktəblərdə ilk zəng çalınıb. Bu il ölkənin ümumtəhsil orta məktəblərində 1 milyon 700 mindən çox şagird təhsil alacaq. 1-ci sinfə gedənlərin sayı isə 122 546 nəfərdir.
Paytaxt Bakıda isə 28.500 uşaq birinci sinfə gedir. Bakı Şəhər Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı «Azadlıq» Radiosuna deyib ki, bu ildən birincilər yeni kurrikuliumla dərs keçəcəklər.

Bu ildən bütün məktəblərdə 100 faizlik uniforma tətbiq olunub. Geyimin formasını hər məktəb özü müəyyən edib.
Zəminə Əliqızı onu da deyir ki, axır iki ildə şagirdlərin sayı 25 min nəfər azalıb.
XS
SM
MD
LG