Keçid linkləri

2026, 18 May, bazar ertəsi, Bakı vaxtı 07:41

Rus qoşunları Potini tərk edirlər

Poti yaxınlığında Rusiyanın nəzarət-buraxılış məntəqəsi, 10 sentyabr 2008
Poti yaxınlığında Rusiyanın nəzarət-buraxılış məntəqəsi, 10 sentyabr 2008
Rusiya qoşunları Gürcüstanın Poti limanından çıxırlar. Sentyabrın 13-u səhər rusiyalı hərbçilər və onlara məxsus zirehli maşınlar şəhər ətrafındakı mövqelərini tərk ediblər.

Bu haqda hadisə yerindən «Reuter» və «Frans Presse» agentliklərinin müxbirləri xəbər verirlər.

Rus qoşunlarının sentyabrın ortalarınadək Gürcüstan ərazisindən çıxması münaqişənin nizamlanmasına dair sazişin bəndlərindən biridir. Saziş Fransanın vasitəçiliyi ilə imzalanıb.
This item is part of
XS
SM
MD
LG