Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

«Azadlıq» qəzetinə qarşı iddia təmin edilmədi


Sentyabrın 12-də Yasamal Rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə folklorşünas İslam Sadiqin «Azadlıq» qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi tələbi üzrə qaldırdığı iddia üzrə qətnamə çıxarıb. Hakim iddianı əsassız hesab edərək təmin etməyib.
Bu barədə «Turan»a vəkil Elçin Sadıqov bildirib.
İddiaçı qəzetin 2007-ci il 4-9 oktyabr tarixli saylarında dərc olunan «Koroğlunu suya basar» başlıqlı məqalədə özü ilə bağlı yer alan fikirlərdən narazı qalaraq məhkəməyə müraciət edib və dəymiş zərərin müqabilində qəzetdən 20 min manat həcmində kompensasiya tələb edib. İşi araşdırmaq məqsədilə məhkəmə məqaləni ekspertizaya göndərib. Ekspertizanın rəyinə görə, məqalədə kinayə xarakterli ifadə işlədilib və iddiaçının şərəf və ləyaqətinə toxunmur.
XS
SM
MD
LG