Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:19

«Bu il 28.500 uşaq birinci sinfə gedir»


Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı
Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı
«Bu il 28.500 uşaq birinci sinfə gedir. Onların hər birinə Heydər Əliyev Fondu tərəfindən dərs çantası və 16 adda ləvazimat veriləcək». Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı «Can Bakı»ya belə deyib.
Onun sözlərinə görə, ümumilikdə son iki ildə şagirdlərin sayı 25 min nəfər azalıb. Yeni təhsil ili üçün 67 təhsil müəssisəsi tam yenilənib. Onlardan 27-də əlavə tədris korpusları tikilib. 38 məktəb və ilk dəfə olaraq 19 uşaq bağçası əsaslı təmir edilib.
Vahid məktəbli formasına gəlincə, Zəminə Əliqızı bir daha bildirib ki, məktəblər yalnız geyimin hansı rəngdə olacağını diqtə edə bilər. Həmin paltarı hardan alıb, harada tikdirmək isə valideynin öz işidir. Valideynlər buna görə onlardan məktəbdə tələb edilən pulu ödəməli deyillər.

Buna da bax:

XS
SM
MD
LG