«Yaranmış vəziyyətə görə müxalifətin özü də - biz də təqsirkarıq. Mən bunu birmənalı deyirəm». Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva «Seçki qatarı»na belə deyib. Onun sözlərinə görə, yalnız cəmiyyət və iqtidarı tənqid etmək düzgün olmazdı:
«Mən özümdən müştəbeh adam deyiləm, müxalifətdən də tam razı deyiləm. Bizim təqsirimiz ondadır ki, lazım olan məqamlarda birləşə bilməmişik. Fikirləşməmişik ki, əvvəlcə vəziyyəti dəyişməliyik, sonra birincilik uğrunda mübarizə aparmalıyıq. Azərbaycan sanki batan gəmidir, biz oturub kayuta, lüks davası aparmışıq. Bu, birincilik davası müxalifətə çox böyük zərbə vurdu».
Lalə-Şövkət deyir ki, müxalifətin bəzi kəsiyində qeyri-sağlam münasibət müşahidə olunur:
«Bəziləri yoruldu, bəziləri bezdi, bəziləri alverə getdi».
Onun sözlərinə görə, müxalifət liderləri seçkiyə gedən digər namizədləri, həmçinin «Ümid» Partiyasının sədri İqbal Ağazadəni dəstəkləmək niyyətində deyil:
«Ona qalsa, biz özümüz də real namizədik. Əgər müxalifət seçkiləri qeyri-demokratik sayırsa, hansısa namizədin dəstəklənməsindən söhbət gedə bilməz».
Lalə-Şövkət deyir ki, indi müxalifətin birliyini situasiya diqtə edir:
«Bu gün birlikdə olmaq bizim marağımızdadır. Mən həmişə demişəm, bu dəfə də dedim, xahiş edirəm, əgər birləşiriksə, əgər məcazi mənada siyasi yolumuzun uzunluğu 100 kilometrdirsə, onda bu yolun heç olmasa 5 kilometrini xəyanət etmədən düz gedək. Etiraf etməliyəm ki, bu yolu hər dəfə xəyanətsiz gedə bilməmişik. Bu, məni çox ağrıdır. Biz ən əvvəl ölkədə demokratik mühit yaratmalıyıq. Ondan sonra birincinin kim olacağını millət seçməlidir».
Milli Birlik Hərəkatının lideri hesab edir ki, millət haqda pessimist düşünmək lazım deyil:
«Millət hər şeyi özü düzgün qiymətləndirir. Fikir verin, adi halda Türkiyə yığmasının istənilən qalibiyyəti zamanı küçədə maşın əlindən tərpənmək olmur. Bu dəfə isə Türkiyə yığması Ermənistanda onlara qalib gəldi, amma səs-səmir çıxmadı. Çünki Abdulla Gül ora getmişdi. Bu da millətin passiv etirazı idi».