Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:36

Bakıda mitinqlərə ayrılan yerlər açıqlandı


Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın rayonlarında mitinqlərin keçirilməsi üçün ayrılmış açıq yerlərin ünvanlarını müəyyənləşdirib.
Siyahını aşağıdakı kimidir:
Binəqədi rayonu - Binəqədi qəsəbəsi, 3-cü mədən, 120-ci korpusun yaxınlığında Binəqədi qəsəbə İdman-Sağlamlıq Kompleksinin stadionu.

Səbail rayonu - 20-ci yaşayış sahəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin «Bibiheybət» stadionu.

Nəsimi rayonu - 20 Yanvar küçəsi, 21 b, 4-cü mikrorayonda məhəllə stadionu.

Xətai rayonu - Naximov yaşayış massivi, 6a, 6b, Naximov yaşayış massivindəki meydança; Zığ yolu küçəsi, 18, Zığ yolu küçəsi, 29/22-ci məhəllənin qarşısındakı meydança.

Qaradağ rayonu - Sahil qəsəbəsi, E.Quliyev küçəsi, Sahil qəsəbə stadionu.

Sabunçu rayonu - Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, «Azneftgeofizika» trestinin qarşısındakı idman meydançası.

Suraxanı rayonu - S.Bəhlulzadə küçəsi, 24, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin T.İsmayılov adına stadionu.

Yasamal rayonu - M.Seyidov küçəsi, 3155-ci məhəllə, Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu.

Əzizbəyov rayonu - Türkan qəsəbəsi, Xanlar küçəsi, Türkan qəsəbə parkının yanındakı meydan.

Nizami rayonu - Q.Qarayev prospekti, «Təbriz» kinoteatrının qarşısındakı meydan.

Nərimanov rayonu - Araz küçəsi, 4, «Ulduz» metro stansiyasının qarşısındakı meydan.
«Media forum»
XS
SM
MD
LG