Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 05:46

Deputatın səlahiyyətlərinə xitam verildi

Milli Məclisin İqtisadi siyasət komissiyasının sədr müavini Azər Əmiraslanovun deputat səlahiyyətlərinə xitam verilib. Qərar Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 9-da keçirilən iclasında qəbul edilib.
Avqustun 25-də A.Əmiraslanov Prezidentin İcra Aparatının Aqrar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. Qanuna görə onun deputat səlahiyyətlərinə xitam verilməli idi.

A.Əmiraslanov 2005-ci ildə 98 saylı Şəmkir şəhər Seçki Dairəsindən deputat seçilib.
XS
SM
MD
LG