Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 21:24

F.Xələfova: «Xiyar doğrayanda qabığını dərhal üzümə qoyuram»


Fəxriyyə Xələfova gənclərdə milli mədəniyyət və incəsənətə həvəs aşılamağın vacibliyindən danışdı
Fəxriyyə Xələfova gənclərdə milli mədəniyyət və incəsənətə həvəs aşılamağın vacibliyindən danışdı
Sentyabrın 9-da Beynəlxalq Gözəllik Gününə həsr edilən «Can Bakı»nın qonağı modelyer Fəxriyyə Xələfova olub. Fəxriyyə xanım onda incəsənətə, mədəniyyətə olan həvəsi valideynlərinin aşıladığını deyib: «Onların hər ikisi incə zövqə malik insanlardır. Məni uşaq vaxtlarımdan dünyanın məşhur muzeylərini gəzdiriblər. İndiki zəmanədə xaricə getməkdə məhdudiyyət yoxdur, maddi imkanlar da var. Amma indi incəsənət prioritetdə deyil - ev, maşın almaq dəbdir».
Fəxriyyə xanım dedi ki, hələ də gözəllik üçün 90:60:90 nisbəti meyar kimi keçərlidir: «Amma qadınlarımıza demək istəyirəm ki, idmanla, pəhrizlərlə bu ölçüyə çatmağa can atmasınlar. Anadangəlmə bədən quruluşundan çox şey asılıdır. Amma XXI əsrdə bizi meyarlarla bağlı hansı sürprizlər gözləyir, deyə bilmərəm».

Modelyer dedi ki, şəxsən özü öz dərisinə qulluq üçün çox az vəsait xərcləyir: «Gözəllik, cazibə heç bir kremdən, kosmetoloji vasitələrdən asılı deyil. Bu, Tanrının bəxş etdiyi vergidir. Mənim dərimə qulluq etməyə nə vaxtım, nə də həvəsim var. Genetik baxımdan, buna ehtiyacım da yoxdur. Amma bir məsləhət verə bilərəm. Adicə xiyar doğrayanda onun qabığını dərhal üzümə qoyuram. Beləliklə də, puluma da qənaət edirəm».

Fəxriyyə Xələfova gənclərdə milli mədəniyyət və incəsənətə həvəs aşılamağın vacibliyindən də danışdı: «İndi baxın görün, nə qədər uşaq Şirvanşahlar sarayını gəzib-görüb? Məktəb vaxtlarından onların muzeyləri gəzdirməli, tarixi abidələrimizlə tanış etmək lazımdır. Valideynlərdən bunu xahiş edərdim».

Buna da bax:

XS
SM
MD
LG