Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:18

«Qanunları pozmadan sahibkarlıqla məşğul olmaq mümkün deyil»


«Azərbaycanda qanunları pozmadan sahibkarlıqla məşğul olmaq mümkün deyil». Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun min nəfər kiçik sahibkar arasında keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir. Sorğuya görə, iş adamlarının təxminən 52 faizi bu fikirdədir.
Sahibkarların narahatlığına səbəb olan digər məsələ müxtəlif nazirliklərin onları tez-tez narahat etmələridi.
Sorğuda müəyyən təzadlı məqamlar da yer alıb. Misal üçün iş adamlarının 64 faizə yaxını kiçik sahibkarlıq sahəsində inhisarçılığın nisbətən zəif və rəqabət şəraitinin ədalətli olduğunu bildirsə də, yaxın gələcəkdə öz bizneslərini genişləndirmək niyyəti ilə bağlı suala əksər halllarda mənfi çavab veriblər.
Sorğudan sonra 80-nə yaxın sahibkar arasında aparılan müsahibə zamanı məlum olub ki, gələcək planları ya ölkədən getmək, ya biznesinin bir hissəsini xarici ölkədə qurmaq, ya da ölkədə qalıb, biznes mühitinin nə vaxtsa yaxşılaşacağını gözləməkdir.
İş adamları sahibkarlıq mühitinin yaxşılaşdırılmasıyla bağlı bəzi təkliflər də irəli sürüblər. Onların fikrincə, Azərbaycanda sahibkarlıq mühitini yaxşılaşdırmaq üçün vergi dərəcələri, əsassız yoxlamalar azaldılmalı, kerdit almaq şərtləri asanlaşdırılmalı, sahibkarlar məmurların rüşvət təhriklərindən müdafiə olunmalıdılar.
«Bu sahədə iş adamları özləri nə etməlidirlər» sualına gəlincə, sahibkarlar bildirblər ki, onlar ilk növbədə rüşvət verməkdən imtina etməli, ittifaq və assosiasiyalarda birləşib maraqlarını birgə müdafiə etməlidirlər.
XS
SM
MD
LG