Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:49

Müəllim: «Məktəbdə vətən əvəzinə rəhbərə məhəbbət təlqin edilir»


Dövlət məktəblərində 150-170 müəllim arasında 2-3 müəllim tapmaq olar ki, əlini uşağa açmasın
Dövlət məktəblərində 150-170 müəllim arasında 2-3 müəllim tapmaq olar ki, əlini uşağa açmasın
«Can Bakı» proqramı bu dəfə Savadlılıq Gününə həsr edilib. Qonaqlarımız Müasir Təhsilə və Tədrisə Dəstək Mərkəzinin proqram direktoru Elmina Kazımzadə və Nərimanov rayonundakı 73 saylı məktəbin müəllimi Nabatəli Pələngov idilər.
Elmina Kazımzadə dedi ki, savadlı olmaq təkcə müəyyən informasiyanı əzbərləyib sonra avtomatik olaraq onu hissə-hissə deməkdən ibarət deyil: «Bu, daha çox texniki qabiliyyət ola bilər. Savadlılıq təkcə oxuyub yazmağı bacarmaq qabiliyyəti deyil, oxuyub-yazmaq və həm də tənqidi düşünmək bacarığı deməkdir. Savadlı insan vətəndaş kimi fəal mövqe tutan, laqeyd olmamaq öz biliyini ölkənin və özünün inkişafına həsr edən şəxsiyyət olmalıdır».

Nabatəli Pələngov hesab edir ki, savadlılıq ən əsas tərbiyə ilə əlaqəlidir. Onun sözlərinə dövlət məktəblərində 150-170 müəllim arasında 2-3 müəllim tapmaq olar ki, əlini uşağa açmasın: «Bu da məktəbin tərbiyəsi. Uşaqların gözü qarşısında müəllim alır və verir. Əgər tərbiyədən danışa bilmiriksə, təhsilin səviyyəsindən danışmaq yeri yoxdur».

Nabatəli Pələngov deyir ki, indi məktəbdə müəllimlər vətənə məhəbbət əvəzinə rəhbərə məhəbbət təlqin edirlər: «Bizim bəlamız bundadır. Biz «məclisi-şahanə»lər üçün iştirakçılar hazırlayırıq».

Buna da bax:

XS
SM
MD
LG