Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:14

«Biz artıq öz prezidentimizi seçmişik»


«Seçki komissiyaları belə məsələlərə qarışmır, ancaq seçkinin təşkili ilə məşğul olur»
«Seçki komissiyaları belə məsələlərə qarışmır, ancaq seçkinin təşkili ilə məşğul olur»
«Biz artıq öz prezidentimizi seçmişik». Qusar rayon mərkəzində seçki ilə bağlı keçirdiyim sorğuya demək olar ki, bütün cavablar belə oldu. Qonşu Quba və Xaçmazda da eyni cavabları eşitdim. Amma rayondakı «musiqiçilər» abidə kompleksinin müəllifi, memar Tahir müəllimin mövqeyi bir qədər fərqlidir. Düzdü, o da bildirir ki, artıq seçimini edib, amma deyir ki, seçdiyi namizədə müraciət edəcək ki, regionlarda insanların necə yaşamasıyla yaxından tanış olsun:
«Təzə prezidentdən xalqa iş yeri istəyirəm. Uşaqdan böyüyədək hamı işləməlidir, bir parça çörək pulu qazanmalıdır. Beş dənə lotu Azərbaycanı dağıdıb yeyir. Millətin 90 faizi acından xəstəliyə düşüb, dərman pulu da tapmır».
Seçicilərin dediklərinə rayon Dairə Seçki komissiyalarında hər hansı şərh vermək istəmədilər. Xaçmaz şəhər 55 saylı Dairə Seçki Komissiyasının sədri Bəhram Ömərov:
«Seçki komissiyaları belə məsələlərə qarışmır, ancaq seçkinin təşkili ilə məşğul olur».
Həm Dairə Seçki komissiyaları, həm də yerli QHT-lər seçki hazırlıqlarına başlasalar da, bölgədə seçki ab-havası hiss olunmur. Belə ki şimal rayonlarında prezidentliyə iddialıların nə sayını bilən oldu, nə də hansısa namizədin adını. Dedilər, bir namizədimiz var, onun da adını deməzlər…
XS
SM
MD
LG