Venesuela noyabrda Rusiyayla birgə hərbi təlim məşqləri keçirəcək.
Bu barədə Venesuela hərbi dəniz qüvvələrinin nümayəndəsi bildirib.
Kontr-admiral Salvador Kammarata Bastidas deyib ki, təlim məşqləri noyabrın 10-14-ü arası Venesuela sularında keçiriləcək.
Onun sözlərinə görə, təlim məşqlərində Rusiya Hərbi Dəniz Donanmasının 4 gəmisi və təxminən 1000 əsgər iştirak edəcək.
Venesuela tərəfdən isə təlimə sualtı qayıqlar, hərbi hava qüvvələri cəlb olunacaq.