Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:50

Prezidentliyə 9 iddialı qaldı


Mərkəzi Seçki Komissiyasının binası
Mərkəzi Seçki Komissiyasının binası
Sentyabrın 5-i saat 18:00-a qədər Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, «Yaşıl Siyasət» Təşəbbüs Qrupunun sədri Mais Güləliyev, şair Ağaevli Əli İsa, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli lazım olan 40 min imzanı toplayaraq MSK-ya təqdim ediblər.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

İşsiz Əlimuxtar Əkbərov isə imza vərəqələrini MSK-ya boş qaytarıb.

Namizədliyi özü tərəfindən irəli sürülmüş 4 nəfər – Teymur Quliyev, Fikrət Əhədov, Mübariz Allahverdiyev və İntiqam Məmmədov öz namizədliklərini geri götürüblər.

İşsiz Yaşar Əhmədov, sanitar Sevinc Quliyeva, həkim Vüqar Seyidov, «Ekspertiza» qəzetinin baş redaktoru Süleyman Quliyev, işsiz Arif Əliyev, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi Əliyar
Səfərli, AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi Qüdrət İsaqov isə imza vərəqələrini vaxtında geri qaytara bilməyiblər.

Ə. Səfərli və A. Əliyev imzaları qanunla müəyyən olunan vaxtdan sonra MSK-ya gətirdiyi üçün qəbul edilməyib.
XS
SM
MD
LG