Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:09

İlk dəfədir respublikaçılar vitse-prezidentliyə qadın namizəd irəli sürüblər


Alyaska qubernatoru Sara Palin Amerikanın vitse-prezidentliyinə namizəd olmaq təklifini qəbul edib. Palin respublikaçıların qurultayında çıxış edib:
«Mən Amerikaya xidmət eləmək, Amerikanı qorumaq işində prezidentliyə namizədimiz Con Makkeynə kömək etmək üçün təklifi qəbul edirəm. Bizim ölkəmiz üçün çətin olan bu dövrdə özünə əmin namizədlərlə mübarizə çağırışını qəbul edirəm».

İlk dəfədir ki, respublikaçılar vitse-prezident vəzifəsinə qadının namizədliyini irəli sürürlər. Sara Palini son günlər mətbuatda çox tənqid olunur. Onun 17 yaşlı qızının ailə qurmasa da, hamilə olduğunu yazırlar.
XS
SM
MD
LG