Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Sergey Lavrov: «Qarabağ Cənubi Osetiya deyil»


Sergey Lavrov və Edvard Nalbandyan, Moskva, 4 sentyabr 2008
Sergey Lavrov və Edvard Nalbandyan, Moskva, 4 sentyabr 2008
«Cənubi Osetiya və Abxaziya ətrafındakı vəziyyətlə Dağlıq Qarabağ münaqişəsinin həlli arasında heç bir paralellər yoxdu».

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 4-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Xarici İşlər nazirlərinin görüşündən sonrakı mətbuat konfransında deyib.

«Azadlıq» radiosu əməkdaşı Rusiya və Ermənistanın Xarici İşlər nazirlərinə Gürcüstandakı münaqişə kontekstində Dağlıq Qarabağ probleminin həlli perspektivləri haqqında sual verib.

Sergey Lavrov deyib ki, «Saakaşvili rejimi Abxaziya və Cənubi Osetiya ilə bağlı son illər ardıcıl olaraq bütün danışıqlar formatlarını və əvvəllər tərəflərin razılaşdığı həll mexanizmlərini pozub».

Lavrov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində isə tərəflərdən heç biri problemin həlli işindən qaçmır. «Bu proses davam edir, eyni zamanda münaqişənin yekun həllinin elementlərinin böyük hissəsi artıq razılaşdırılıb. Yerdə qalan məsələlər üzrə iş davam etdirilir».

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan isə bildirib ki, onun ölkəsi hətta Cənubi Osetiyadakı hadisələrdən əvvəl belə münaqişələrin sülh yolu ilə həlli və xalqların öz müqəddaratını təyin etməsinə hörmət mövqeyində durub və bu kursu davam etdirəcək. Ermənistan zor işlətmə və zor təhdidinə qarşıdır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG