Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:08

«GUAM, GUA, yoxsa, sadəcə GU?»


Moldovanın baş naziri Zinaida Grecianii
Moldovanın baş naziri Zinaida Grecianii
Moldovanın baş naziri Zinaida Grecianii bildirir ki, ölkəsi separatçı region olan Dnestryanıya yüksək muxtariyyət statusu verməyə hazırdır.

Avqustun 3-də Praqada «Azad Avropa və Azadlıq» Radiosunun ofisində jurnalistlərlə görüşən baş nazir bildirib ki, Moldova Cənubi Osetiya, o cümlədən də keçmiş SSRİ məkanındakı bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini istəyir:
«Moldova Cənubi Osetiyadakı vəziyyətdən narahatdır. Bu məsələdə Avropa Birliyinin mövqeyini müdafiə edirik. Biz, BMT-nin ölkələrin suverenliyi və ərazi bütövlüyü barədə prinsiplərinə əməl olunmasının tərəfdarıyıq».

Moldovanın baş naziri deyir ki, onlar Dnestryanı probleminin sülh yolu ilə, danışıqlarda iştirak edən bütün tərəflərin, o cümlədən də Rusiyanın maraqları çərçivəsində, amma Moldovanın ərazi bütövlüyünün qorunması şərtilə həllini istəyirlər.
Baş nazir Zinaida Grecianii ölkəsinin Avropa Birliyinə inteqrasiyaya can atdığını, amma konstitusiyaya əsasən Moldova neytral ölkə olduğu üçün NATO-ya üzvlük məsələsinin gündəlikdə olmadığını deyir.

Moldovanın GUAM birliyində qalıb-qalmaması barədə tərəddüdlərinə aydınlıq gətirmək üçün «Azadlıq» radiosunun Azərbaycan xidmətinin verdiyi suala xanım Zinaida Grecianiinin cavabı bu cür olub:

«-Xanım, Grecianii, radio jurnalist kimi bizim GUAM Abreviaturasının necə tələffüz etməli olduğumuza aydınlıq gətirərdinizmi? GUAM, GUA, yoxsa, sadəcə GU?»
- Moldovanı daxil etməklə».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG