Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 22:00

«Gen» MMC-nin işiylə bağlı daha iki nəfər istintaqa cəlb olunub


«Gen» MMC-nin işiylə bağlı daha iki nəfər istintaqa cəlb olunub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bunlar Mütəllim Babayev və Mehbarə Cəfərzadədir.
M.Babayev «Gen» MMC-nin mənzillərinin satılması üzrə dəllallıq edirmiş. M. Cəfərzadə isə şirkətin direktor müavini olub. Körpəsi olduğu üçün Cəfərzadə tutulmayıb, polis nəzarətinə götürülüb.
«Gen» MMC tikinti şirkəti 250-ə yaxın adamı aldatmaqda, ev tikmək adıyla camaatdan külli miqdarda pul yığmaqda günahlandırılır. İndiyə qədər rəhbəri Elbrus Əliyev də daxil olmaqla şirkətin altı işçisi tutulub.
XS
SM
MD
LG