Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:32

«Hökumətin yeni qiymət artımı «müjdəsi»


«İqtisadi İnkişaf Nazirliyinin 23 faiz göstəricisi son göstərici olmayacaq»
«İqtisadi İnkişaf Nazirliyinin 23 faiz göstəricisi son göstərici olmayacaq»
İqtisadçı ekspert Vüqar Bayramov «Azadlıq» qəzetinə bildirib ki, «İqtisadi İnkişaf Nazirliyinin 23 faiz göstəricisi son göstərici olmayacaq».
V.Bayramovun sözlərinə görə, inflyasiyanın faizləri ilə bağlı rəqəmlərin ildə bir neçə dəfə dəyişməsi hökumətin 2008-ci ildə qiymət artımları ilə mübarizə aparmasına dair verdiyi vədlərin özünü doğrultmadığını göstərir: «Əgər yalnız avqustun son on günü ərzində şəkər tozunun qiyməti 30-50 faiz artırsa, bu, əslində, real inflyasiya səviyyəsinin İqtisadi İnkişaf Nazirliyinin elan etdiyi inflyasiya səviyyəsindən kəskin şəkildə fərqləndiyini göstərir».
«Hakimiyyəti dəstəkləsəm, özümdə cəsarət tapıb bunu açıq deyərəm»-, bunu prezidentliyə iddialı şəxslərdən biri, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu «Yeni Müsavat»a müsahibəsində deyib. O, bildirib: «Mən mübarizəni ikincilik uğrunda gedən mübarizə kimi qiymətləndirmirəm. Əgər bu prosesdə uğur qazanacağamsa, bu zaman yerin ikinci, beşinci, ya da birinci olmasmının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Uğur qazanmaq lazımdır ki, Azərbaycan cəmiyyətinin yaddaşına otursun ki, beli bir namizəd ortaya çıxdı, bu fikirləri dedi və həmin fikirlər beş-on ildən sonra özünü doğrultdu».
«Ölkəmizdə Milli olimpiya hərəkatı genişlənir»-, «Azərbaycan» qəzeti belə yazır. «Ölkəmizdə bütün növ idmanın inkişafına dövlət tərəfindən böyük diqqətin ayrılması beynəlxalq yarışlarda idmançılarımızın yüksək əyarlı medallar qazanmalarını şərtləndirmişdir. Azərbaycan artıq dünyada idman ölkəsi kimi də tanınması aparılan uğurlu siyasətin parlaq nəticəsidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG