Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 17:01

Dik Çeyninin regiona səfəri başlayır


«Çeyninin səfərində Azərbaycanda demokratiya ilə bağlı kəskin tənqidi fikir deyəcəyini gözləmir»
«Çeyninin səfərində Azərbaycanda demokratiya ilə bağlı kəskin tənqidi fikir deyəcəyini gözləmir»
Sentyabrın 2-dən ABŞ-ın vitse-prezidenti Dik Çeyninin regiona səfəri başlayır.
O, Bakıda prezident İlham Əliyev və digər hakimiyyət təmsilçiləri ilə görüşəcək, Gürcüstandakı prosesləri, Amerika-Azərbaycan münasibətlərini müzakirə edəcək.
Səfərdən öncə Dik Çeyninin ofisində keçirilən brifinqdə bildirilib ki, Azərbaycan terrorçuluqla mübarizədə əsas tərəfdaşlardan biridir, Əfqanıstana, İraqa əsgərlərini göndərib. Amerikanın vitse-prezidenti Azərbaycana bu yardımına görə təşəkkür edəcək.

Səfər zamanı ölkədə islahatlar və enerji məsələləri də əsas diqqət mərkəzində olacaq.

Dik Çeyni Azərbaycandan başqa Gürcüstan, Ukrayna və İtaliyaya səfəri edəcək.
Ekspertlərin fikrincə, Çeyninin səfərində Azərbaycanda demokratiya ilə bağlı kəskin tənqidi fikir deyəcəyini gözləmir. «O, regiondakı indiki vəziyyətdə ABŞ Azərbaycan hökuməti ilə üz-üzə gəlmək istəməyəcək, amma rəsmi Bakı daha çox ruspərəst mövqe tutsa, Amerika rəsmisi demokratiya ilə bağlı kəskin danışa bilər»-, bunu «Azadlıq» radiosunun Amerikadakı müxbiri Qorxmaz Əsgərov bildirib.

«Nyu-York Times» yazır ki, Amerika Rusiyanın özünə qarşı kəskin həmlə edə bilməz, Rusiya böyük dövlətdir, amma ABŞ dərhal təsir edə biləcək addım ata bilər. Məsələn, Rusiyadan yan keçən bütün enerji xətlərini açıq saxlaya, Ukrayna ilə Gürcüstanı NATO-ya qəbul etdirə bilər: «Çeyninin bir hədəfi də bu olacaq ki, münaqişənin ən azı böyüməməsinə nail olsun».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG