Həmkarları iddia edirlər ki, Moskvadan qayıdan Yevloyevi İnquşetiyanın milis əməkdaşları təyyarənin pilləkənindən zorla maşına otuzdurub naməlum istiqamətə aparıblar.
Bir qədər sonra Yevloyevi başından aldığl ağır güllə yarası ilə Nazranın təcili yardım xəstəxanasına gətiriblər, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Rusiya prokurorluğunun nümayəndəsi bildirib ki, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Ingushetia.ru Rusiyanın Qafqazdakı siyasətinə tənqidi yanaşması ilə tanınırdı. İyun ayında Moskva məhkəməsı “ekstremizmə cağırış” səbəbi ilə portalın bağlanması haqda qərar çıxarıb, lakin bundan dərhal sonra Yevloyev başqa ad altında yeni veb səhifəsi açib.