Prezidentliyə iddialı, «Ümid» Partiyasının sədri İqbal Ağazadə deyir ki, 2005-ci il seçkilərində təbliğat plakatlarını avtobuslara da yapışdırmaq istəyiblər, amma avtobus sahibləri, sürücülər razılıq verməyiblər: «Marşrut sahiblərinin bizə simpatiyası olsa belə, asılı olduqları dövlət qurumlarından çəkiniblər».
İ. Ağazadə bu seçkidə də belə bir imkanın yaradılacağına inanmır. Ona görə də, təbliğat vasitəsi kimi ictimai nəqliyyatdan istifadə etməyi planlaşdırmır.
Hazırki prezident İlham Əliyevin seçkidə səlahiyyətli nümayəndəsi, millət vəkili Siyavuş Novruzov deyir ki, təbliğat plakatları yalnız bu məqsədlə ayrılmış xüsusi yerlərdə yapışdırıla bilər. O, YAP-ın da qanunun bu tələbinə əməl edəcəyini bildirir:
«İctimai nəqliyyatda belə bir şey yoxdur. Bu məsələ qanunvericiliklə tənzimlənmir. Şəkillər yalnız icra hakimiyyətinin hazırladığı müvafiq yerlərdə ola bilər».
Amma nə Seçki Məcəlləsi, nə də «Reklam haqqında» qanunda bu cür qadağar yoxdur. Dövlət qurumlarının isə bu məsələdə mövqeləri haçalanır.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov: «Siyasi reklam metroda qeyri-qanunidir. Bizdə siyasi reklam ola bilməz».
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov: «Bizdə bu təcrübə olmayıb, amma dünyanın bütün ölkələrində belə bir təcrübə var. Qanun çərçivəsində hər hansı bir namizədin təbliğatı mümkündür. Sadəcə, indiyədək belə bir müraciət olmayıb, bizim də reklam şirkətləri bu məsələyə baxmayıblar».
2005-ci il parlament seçkilərində Bakı şəhər İcra Hakimiyyəti namizədlərin plakatlarının ictimai nəqliyyata vurulmasını qadağan etmişdi. Daha sonra nəqliyyata aid bütün səlahiyyətlər Nəqliyyat Nazirliyinə verilib. Odur ki, daha bu işlə Bakı şəhər İcra Hakimiyyəti deyil, Nəqliyyat Nazirliyi və özəl şirkətlər məşğul olur.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-dədir. Namizədlərin təbliğat kampaniyası isə sentyabrın 17-dən başlayacaq.