Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Elmar Məmmədyarov Ankarada Qafqazdakı vəziyyəti müzakirə edəcək


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov avqustun 29-da Türkiyəyə gedib. O, prezident Abdulla Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Əli Babacanla görüşəcək.
Diplomatik mənbələrdən «Turan»a daxil olan məlumata görə, müzakirə ediləcək mövzulardan biri Ərdoğanın «Qafqaz İttifaqı» ideyasıdır.
Həmçinin Gürcüstanla bağlı vəziyyət və Bakı və Ankaranın bu durumda fəaliyyəti müzakirə olunacaq.
Eləcə də Türkiyə prezidenti Gülün Yerevanda Ermənistan və Türkiyə yığma komandalarının futbol matçında mümkün iştirakı da müzakirə mövzularından olacaq.
Avqustun 31-də Gürcüstanın Xarici İşlər naziri Eka Tkeşelaşvili də Türkiyəyə gələcək. Sentyabrın 2-də isə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri planlaşdırılıb.
XS
SM
MD
LG