Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:22

Aqil Xəlilin iddiası təmin edilmədi


Aqil Xəlil
Aqil Xəlil
«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quliyevə, həmçinin AzTV, Lider, Space və ATV telekanallarına qarşı iddiası təmin edilməyib.

Bu qərar avqustun 28-də Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə keçən prosesdə qəbul edilib.

İddia adı çəkilən telekanallarda Baş Prokurorluğun hazırladığı süjetin nümayişi ilə əlaqədar verilmişdi. Süjetdə A.Xəlilin homoseksuallarla əlaqəsindən və onlardan biri - Sergey Strekalinin bu il martın 13-də jurnalistə xəsarət yetirməsindən danışılırdı.

Prosesdə müstəntiq Əli Quliyev bir daha iddianın əsassız olduğunu bildirib. Onun sözlərinə görə, süjet işin ictimai əhəmiyyəti ilə bağlı əhalinin məlumatlandırılması üçün hazırlanıb. Lakin jurnalistin vəkili Elçin Sadıqov istintaq materiallarının, xüsusən Aqil Xəlilin ifadəsinin televiziyada nümayişinin qanunsuz olduğunu bildirib.

Aqil Xəlil öz iddiasında ondan üzr istənilməsini, hər bir cavabdehin vurulmuş mənəvi ziyana görə, 100 min manat məbləğində təzminat ödəməsini və ona cavab sözü üçün efir vaxtı verilməsini tələb edirdi. / Turan /
XS
SM
MD
LG