Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Usama bin Ladenlə birbaşa diolaqa çağırış


Mişelin Kalmi-Rey
Mişelin Kalmi-Rey
Bern şəhərində İsveçrənin xarici ölkələrdəki səfirləri ilə görüşündə xanım Kalmi-Rey deyib ki, özünü heç kimdən üstün tutmadan dialoq aparmaq lazımdır:

«Danışıq masasında kiminlə üzbəüz oturmağından asılı olmayaraq, hətta Usama bin Ladenin özüylə».

Belə bir dialoqun mümkünlüyü ilə bağlı suala cavab verən nazir deyib:

«Əgər dialoq imkanı varsa, onu rədd etmək mənasız bir addım olardı».

Kalmi-Reyin fikrincə, terror təşkilatları da siyası reallığın bir hissəsidir. «Baxmayaraq ki, terror təşkilatları bizim pislədiyimiz metodlara əl atır, amma eyni zamanda real siyasi qüvvə olaraq qalır və onların iştirakı olmadan münaqışəyə son qoymaq mümkün deyil», -deyə o, bildirib.

İsveçrə bir sıra ölkələrdən fərqli olaraq qadağan olunan təşkilatlar siyahısı aparmır.

Başqa ölkələrdə yasaqlanan qurumlara, hətta BMT tərəfindən terrorçu kimi qəbul edilən təşkilatlara üzv olmağa görə, bu ölkədə heç bir məsuliyyət nəzərdə tutulmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG