Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:55

«Azərbaycan Ermənistana hava dəhlizi verdi»


Rusiya tərəfi bildirir ki, təyyarənin pilotları Tbilisinin imtinasından sonra Yerevana Azərbaycan ərazisindən uçmaq barədə qərar qəbul ediblər
Rusiya tərəfi bildirir ki, təyyarənin pilotları Tbilisinin imtinasından sonra Yerevana Azərbaycan ərazisindən uçmaq barədə qərar qəbul ediblər
«Azərbaycan Ermənistana hava dəhlizi verdi». «Yeni Müsavat» qəzeti yazır ki, Rusiyadan Ermənistana və geriyə uçan təyyarələr neçə gündür ki, Azərbaycanın hava məkanından istifadə edirlər. «Dünən məlum olub ki, Gürcüstan aeronaviqasiya xidməti Volqoqrad-Yerevan reysi ilə uçan təyyarəyə xidmət etməkdən imtina etdiyinə görə təyyarə Ermənistana Azərbaycan ərazisindən uçub. «Regnum» agentliyinin məlumatında deyilir ki, buna baxmayaraq Ermənistan təyyarələri Rusiyaya Gürcüstan ərazisindən keçməklə uçuşları davam etdirirlər», - deyə qəzet bildirir.
Rusiya tərəfi bildirir ki, təyyarənin pilotları Tbilisinin imtinasından sonra Yerevana Azərbaycan ərazisindən uçmaq barədə qərar qəbul ediblər.
«Yeni Azərbaycan» qəzeti yazır ki, Andres Herkel dövlət başçısının imzaladığı son əfv fərmanını alqışlayır. Bu fərmanla Rasim Əkbərovun azadlığa buraxılması xəbərini sevinclə qarşılayan Herkel deyib: «Çünki Rasim Əkbərovun səhhətində çox ciddi problemlər var».
«Azadlıq» qəzeti yazır ki, bu gün İTV-nin 3 yaşı tamam olur. Televiziya mütəxəssisi Zeynal Məmmədli deyir ki, bu kanal yarananda çoxları gözləyirdi ki, yəqin ki, ictimai debat tribunasına çeviriləcək: «Yəni Qarabağ, işsizlik, demokratikləşmə, təhsilimizdəki ağır problemlərlə yanaşı korrupsiya mövzusu bu kanalda nə dərəcədə müzakirə olunur? Çox təəssüf ki, İTV-nin Azərbaycan cəmiyyətinə verdikləri ilə vermədiklərini müqayisə edəndə özümü məcbur etsəm belə müsbət fikir söyləmək mümkün deyil».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG