Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:49

«Naxçıvan jurnalistlər üçün təhlükəli yerdir»


Avqustun 27-də «Azadlıq» radiosunun iki müxbiri – Məlahət Nəsibova və İlqar Nəsibov Nehrəmdə mülki geyimlilərin fiziki təzyiqinə məruz qalıb
Avqustun 27-də «Azadlıq» radiosunun iki müxbiri – Məlahət Nəsibova və İlqar Nəsibov Nehrəmdə mülki geyimlilərin fiziki təzyiqinə məruz qalıb
Azad Avropa/Azadlıq radioları korporasiyası Naxçıvanda «Azadlıq» radiosunun iki jurnalistinə hücumla bağlı press-reliz yayıb.

«Azərbaycan, xüsusilə bizim müxbirlərin dəfələrlə hücuma məruz qaldığı Naxçıvan jurnalistlər üçün təhlükəli yerdir», - bunu Azad Avropa/ Azadlıq radiolarının prezidenti Cefri Gedmin deyib. O, ümid etdiyini bildirib ki, Bakıdakı hökumət Naxçıvandakı bu son hücumu araşdıracaq və jurnalistlərin təhlükəsizliyinin onlar üçün əhəmiyyətli olduğunu göstərən addımlar atacaq. Göstərəcək ki, Azərbaycan media azadlığının beynəlxalq standartlarına riayət edir.
Avqustun 27-də Naxçıvanın Nehrəm kəndində yerli sakinlərlə polis arasında qarşıdurma yaranıb. Nehrəm sakinləri deyirlər ki, polis onların bir yerə toplaşıb söhbət etməsinə mane olur. Hadisəni araşdırmağa çalışan «Azadlıq» radiosunun iki müxbiri – Məlahət Nəsibova və İlqar Nəsibov Nehrəmdə mülki geyimlilərin fiziki təzyiqinə məruz qalıb.
XS
SM
MD
LG