«Gəlin birləşək, Barak Obamanı Amerika Birləşmiş Ştatlarının prezidenti seçək. Çox sağ olun, Allah sizi hifz etsin, Allah Amerikanı hifz etsin!..»
Bunu Amerika prezidentliyinə iddialı Barak Obamanın arvadı Mişel deyir. Mişel Obama demokratların Denverdə başlamış qurultayında danışıb. Qurultayda Obama ailəsinin üzvləri siyasətdən daha çox, onun şəxsi keyfiyyətlərindən - xaraktercə güclü, tək ananın sözəbaxan oğlu olmasından danışıblar. Onun həyat yoldaşı isə özünü bir övlad, bacı, həyat yoldaşı, ana kimi təsvir edib, çalışıb ki, haqqındakı bəzi təsəvvürləri dağıtsın. Bəzi tənqidçilər Mişel Obamanı «qəzəbli qaradərili qadın» adlandırır.
Mişel Obamanın qurultayda gözləri aradabir dolub, deyib ki, hər gecə qızları Malia və Saşanı yatızdıranda onların gələcəyini düşünür.
Təşkilatçılar deyirlər ki, demokratların qurultayında daha çox ailəsindən danışmaqla Obamanın bir amerikalı kimi hekayətini anlatmaq istəyiblər. ABŞ-da belə fikirlər səslənir ki, Obama afrikalı mənşəyinə, ata adının Hüseyn olmasına görə, respublikaçı rəqibi Con Makkeyndən daha az amerikalıdır.
Demokratların qurultayında sürpriz natiq Edvard Kennedi olub. O, keçmiş prezident Con Kennedinin qardaşıdır. Bu ilin əvvəlində Kennediyə beyin xərçəngi diaqnozu qoyublar. Onun səhnədə görünməsi sürəkli alqışlara səbəb olub. Kennedi Obamanın namizədliyinə inandığını deyib:
«Barak Obama ilə birlikdə - siz də, mən də, bütün ölkə onun kursunu daşıyacağıq. İşlər yenidən başlayacaq, ümidlər yenidən baş qaldıracaq...»
Keçən il bu vaxtlar demokratların prezidentliyə şəksiz namizədi Hillari Klinton isə jurnalistlərə deyib ki, bu, Barak Obamanın qurultayıdır. Klinton Obamanın respublikaçı rəqibinə səs verməyə hazırlaşan tərəfdarlarına da mesaj göndərib:
«Makkeyni seçmək bu ölkə üçün bir səhv olacaq. Bu, reallığın əksinə getmək olacaq. Mənə səs verənləri senator Makkeyn, respublikaçılarla çox az şey birləşdirir».
Obamanın baş müşaviri Qreqori Kreyq isə Rusiyanın İTAR- TASS Agentliyinə deyib ki, Obama Moskvaya xəbərdarlıq edib ki, əgər Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanısa, bu, Birləşmiş Ştatlarla münasibətləri üçün ciddi nəticələr verər.