Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Şəkər tozu və qəndin qiyməti qalxdı


«Əvvəlcə elə bildik ki, bu, mürəbbə mövsümü ilə əlaqədardır. Amma sonradan öyrəndik ki, budəfəki artım da ümumi bazarda olan bahalıqla əlaqəlidir»
«Əvvəlcə elə bildik ki, bu, mürəbbə mövsümü ilə əlaqədardır. Amma sonradan öyrəndik ki, budəfəki artım da ümumi bazarda olan bahalıqla əlaqəlidir»
«Mərkəz» qəzeti yazır ki, ötən həftənin sonundan etibarən paytaxt mağazalarında şəkər tozunun satış qiyməti 90 qəpiyə qaldırılıb. Hansı ki, əvvəllər 1 kilo şəkər tozunun qiyməti 70 qəpik idi. Qiymətin birdən-birə artırılması alıcılarla bərabər satıcıların da təəccübünə səbəb olub. Satıcıların dediyinə görə, qiymət artımından bir gün əvvəl topdansatış mağazalarında qıtlıq yaranıb:
«Əvvəlcə elə bildik ki, bu, mürəbbə mövsümü ilə əlaqədardır. Amma sonradan öyrəndik ki, budəfəki artım da ümumi bazarda olan bahalıqla əlaqəlidir».
Satıcılar yaxın günlərdə qiymətin daha da artacağını, bir kilo şəkər tozunun qiymətinin 1 manata qalxacağını istisna etmirlər.
Qəzet yazır ki, şəkər tozu ilə bərabər qəndin də qiymətində artım var. Əvvəllər 90 qəpiyə olan qənd indi mağazalarda 1 manata satılır.
Moskvada azərbaycanlılarla ermənilər arasında silahlı toqquşma olub. «525-ci qəzet» yazır ki, Moskvanın «Çerkizovskaya» bazarı yaxınlığında azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib. İnsidentə səbəb ermənilərin azərbaycanlılara məxsus «Saxara» kafesinə sahib çıxmaq istəyi olub. Ermənilər kifayət qədər gəlir gətirən kafeni azərbaycanlılardan almaq istəsələr də, ikincilər buna razı olmayıblar.
Moskva Şəhər Daxili İşlər İdarəsinin Mətbuat Xidmətindən bildiriblər ki, münaqişənin əsl səbəbkarını müəyyənləşdirmək mümkün olmayıb. Davada konkret nə qədər şəxsin iştirak etdiyi bilinmir, hüquq-mühafizə orqanlarının əməkdaşları insidentin iştirakçılarından heç kimi həbs edə bilməyiblər. Qarşıdurma zamanı iştirakçılardan biri silahdan atəş açaraq bir nəfəri öldürüb, iki nəfəri isə yaralayıb. Ölən şəxsin üzərində sənədləri olmadığından onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb.
«Yeni Azərbaycan» qəzeti yazır ki, «koalisiya» arzusu puç oldu, seçkidə iştirak etməyən müxalifət partiyalarının koalisiya yaratmaq istəkləri elə arzu olaraq qalır. «Səbəb isə müxalif düşərgə təmsilçilərinin hələ də şəxsi maraq dairəsindən kənara çıxa bilməməsidir», - deyə qəzet bildirir.
XS
SM
MD
LG