Avqustun 25-də Rusiya Dövlət Duması ölkə prezidentinə Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq və bu respublikaların rəhbərliyi ilə danışıqlar aparmaq xahişi ilə Dmitri Medvedevə müraciət edib.
«Cənubi Osetiya respublikası və Abxaziya respublikasının tanınmasının zəruriliyi haqqında» müraciətin qəbulunun lehinə 447 deputat səs verib.
Əleyhinə səs verən və bitərəf qalan olmayıb.
Bundan əvvəl Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası da Abxaziya və Cənubi Osetiyanın tanınması xahişi ilə D.Medvedevə müraciət etmişdi.