Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 16:35

«Bu, hamıya ciddi xəbərdarlıqdır»


Dmitri Medvedev
«Cənubi Osetiyadakı hadisələr digər dondurulmuş münaqişələrdəki tərəflərə ciddi xəbərdarlıqdır». Bunu Rusiya prezidenti Dmitri Medvedev Soçidə moldovalı həmkarı Vladimir Voroninlə görüşdə deyib.

«Cənubi Osetiyadakı hadisələr bəzi dondurulmuş münaqişələrdə konflikt potensialının nə qədər təhlükəli ola biləcəyini göstərdi. Gürcüstan rəhbərliyinin «ağlını itirməsindən sonra» baş verən aqressiv hərəkətlər nəticəsində bütün bu problemlər kəskinləşib və hərbi toqquşma baş verib», - deyə Medvedev bildirib.

«Bu, hamıya ciddi xəbərdarlıqdır. Hesab edirəm ki, başqa problemlərin müzakirəsi və ya baxılmasına biz məhz bu kontekstdə yanaşmalıyıq».
XS
SM
MD
LG