Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obama və onun vitse-prezidentlik təklif etdiyi senator Cozep Bayden birlikdə kütlə qarşısına çıxıblar.
Obama İllinoys ştatında çoxminlik kütlə qarşısında çıxış edərkən Baydeni qətiyyətli, hətta prezidentliyə hazır olan dövlət xadimi adlandırıb.
65 yaşlı Bayden hazırda Senatdakı Xarici əlaqələr komitəsinin sədridir.
Cozef Bayden təhlükəsizlik və beynəlxalq münasibətlər sahəsində ölkədə ən təcrübəli siyasətçilərdən biri hesab olunur.
Avqustun 25-də Kolorado ştatında Demokrat Partiyasının seçkiqabağı qurultayı açılacaq.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Con Makkeynin isə partiyanın sentyabrın 1-də başlanacaq yığıncağında vitse-prezidentliyə namizədini verəcəyi gözlənilir.