Barak Obama prezident seçilsə, Delaver ştatından senator Cozef Bayden ABŞ-ın vitse-prezidenti olacaq.
Məlumatı ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd B. Obamanın seçki qərargahına istinadən Qərb agentlikləri yayıb.
Avqustun 25-də Kolorado ştatının Denver şəhərində Demokrat Partiyasının seçkiqabağı qurultayı açılacaq. Qurultayda B. Obama və C. Baydenin ABŞ prezidentliyi və vitse-prezidentliyinə namizədliyi rəsmən irəli sürüləcək.
ABŞ-da prezident seçkisi noyabrın 4-də keçiriləcək.
C. Bayden hazırda Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edir. O, xarici siyasət sahəsində ən təcrübəli senatorlardan biri sayılır. 1972-ci ildən bu yana Delaver ştatını Senatda o, təmsil edir. Bayden iki dəfə - 1988 və 2008-ci illərdə ABŞ prezidenti seçkisində namizədliyini irəli sürüb.
65 yaşlı C. Bayden özünü Rusiya siyasətinin sərt tənqidçisi kimi tanıdıb.