Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 02:45

Argentinanın futbol yığması Pekin olimpiadasının qalibi olub


29-cu Pekin Yay Olimpiya Oyunlarında kişilərdən ibarət milli komandaların futbol turnirinə yekun vurulub. Yarış Argentinanın qələbəsi ilə başa çatıb. Cənubi amerikalılar final matçında Nigeriyanı 1:0 hesabı ilə məğlub ediblər.

Argentina bununla 4 il əvvəl Yunanıstanın paytaxtı Afinada qazandığı çempionluq titulunu qoruyub.

Pekin olimpiadasının bürünc medalına isə Belçikanı 3:0 hesabı ilə məğlub edən Braziliya yığması sahib çıxıb. / APA /
XS
SM
MD
LG