Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:29

Silahla ehtiyatsız davranan əsgər həlak olub


Avqustun 21-də Goranboy rayonunda əsgər Əhmədov İlqar Sərdar oğlu həlak olub.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən «Turan»a verilən məlumata görə, əsgər öz avtomatından açılan atəş nəticəsində həlak olub. Güllə onun başına dəyib. Fakt üzrə Cinayət Məcəlləsinin silahla ehtiyatsız davranma maddəsi ilə cinayət işi açılıb.
Əhmədov İlqar Sərdar oğlu bu ilin aprelində Xaçmaz rayonundan hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG