Bakının Xətai rayonunda transformator məntəqəsində baş vermiş partlayışla bağlı hələ ki, saxlanılan yoxdur.
Bu barədə «Azadlıq» radiosuna Baş Prokurorluqdan məlumat veriblər.
İstintaqın versiyasına görə, cinayəti xuliqanlıq niyyəti ilə törədiblər. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev:
«Dəmir qapının qıfılına içəri tərəfdən xuliqanlıq niyyəti ilə partlayıcı maddə yerləşdirilib. Yeni transformator quraşdırmaq üçün qeyd olunan məntəqəyə gələn «Bakıelektrikşəbəkə» əməkdaşlarının qapını açmasıyla partlayıcı qurğu işə düşüb».
Hadisə ilə bağlı qəsdən adamöldürmə və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb.
***
Avqustun 22-də günorta saatlarında Xətai rayonu Məzahir Rüstəmov küçəsi 3 ünvanında - 138 saylı məktəbin arxasında partlayış baş verib.
Xətai rayon Polis İdarəsindən «Turan»a verilən məlumata görə, hadisə nəticəsində iki nəfər (Kamal Bayramov və Elmar İsmayılov) həlak olub, daha iki nəfər (Cəsur Məmmədov və Pərviz Seyidov) isə yaralanıb.

Lakin idarədən hadisənin baş vermə səbəbləri barədə açıqlama verilməyib. Yalnız müstəntiqlərin işlədiyini və hadisənin səbəblərini araşdırdıqlarını bildiriblər.
«Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətindəki (ASC) mənbə «Turan»a deyib ki, partlayış işçilərin yeni transformator quraşdırmaq istədiyi zaman baş verib. Belə ki, işçilər yarımstansiyanın qapısını açanda partlayış baş verib.
ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də partlayışın səbəblərini şərh etməkdən yayınıb. O deyib ki, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir və onlar partlayışın səbəbləri barədə açıqlama verəcəklər.
Bu arada Xətai rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə qəsdən törədilib.