Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 17:43

«Azərbaycana 1,5 milyard dollar ziyan dəyib»


Bakı-Tbilisi-Ceyhan neft kəmərində baş verən yanğın Azərbaycana ziyan vurub
«Azərbaycana 1,5 milyard dollar ziyan dəyib». Bunu «Azadlıq» qəzeti yazır. Qəzet bildirir ki, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində baş verən yanğın, Rusiya-gürcü-osetin münaqişəsi Azərbaycana da təsirsiz ötüşməyib. Münaqişə zamanı Azərbaycanın taleyüklü proyektlərinə təsir olmasa da, Poti limanının bağlanması regiona olan iqtisadi marağı aşağı salıb. İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vüsal Qasımlı «Azadlıq» qəzetinə deyib ki, BTC-nin 15 gün ərzində fəaliyyətini dayandırması nəticəsində Azərbaycana 1, 5 milyard dollardan artıq ziyan dəyib. V.Qasımlı kəmər fəaliyyətini dayandıran vaxt digər marşrutlardan istifadə zamanı ortaya çıxan əlavə xərclərin Azərbaycanın ziyanına olduğunu deyib:
«Bakı-Novorossiysk kəməri ilə neftin nəqlində Azərbaycan hər barel üzrə 5-10 dollar itirir. Belə ki, kəmərdə Azərbaycan nefti Ural nefti ilə qarışır. Ural neftinin tərkibində kükürd çox olduğundan dünya bazarında ucuz satılır. Belə olan halda da Azərbaycan neftinin qiyməti aşağı düşür».
«Ekspress» qəzeti yazır ki, paytaxtda daha iki nəfər günvurma diaqnozu ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Stansiyanın baş həkiminin müavini Rauf Nağıyev bildirib ki, xəstələr ilkin tibbi yardım göstərildikdən sonra evə yazılıb. K.Nağıyevin sözlərinə görə, bu mövsüm günvurma diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı 19-a çatıb.
«Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov deyir ki, öncə müxalifət, sonra isə hakimiyyət dəyişməlidir. «Yeni Müsavat» qəzetinə müsahibəsində politoloq bildirir ki, müxalifət düşərgəsinin keyfiyyətcə yenidən formalaşması vacibdir.
XS
SM
MD
LG