Səbail rayon Polis İdarəsinin ekspert-kriminalisti Əli Axundov həbs edilib.
Səbail rayon Polis İdarəsinin növbətçi hissəsindən Axundovun həbs edildiyini təsdiq ediblər. Ancaq onun hansı ittihamla həbs olunması barədə məlumat verməyiblər.
Səbail rayon Prokurorluğundan «Turan»a verilən məlumata görəsə, Ə.Axundov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.
Səbail rayon Məhkəməsindən Əli Axundov haqda həbs-qətimkan tədbirinin seçildiyini təsdiq ediblər. Ancaq bu instansiyadan da onun hansı ittihamla həbs edildiyi açıqlanmayıb. Güman edilir ki, ekspert-kriminalist vəhabi dini icması ilə əlaqədə olduğuna görə həbs edilib. Eyni zamanda, müstəqil mənbələr Ə.Axundovun iş otağından qanunsuz silah aşkar edildiyini də deyir.