Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 10:52

Azərbaycan altıncı medalını qazandı


Pekində Olimpiya Oyunlarına qatılan Azərbaycanın aktivində artıq altı medal var
Azərbaycanı sərbəst güləş yarışlarda təmsil edən Xetaq Qazyumov Pekin Olimpiadasının bürünc medalını qazanıb. Bu, ukraynalı idmançı Georgi Tibilovla görüşdən sonra məlum olub.
1983-cü il təvəllüdlü Xetaq Qazyumov 96 kq. çəki dərəcəsində mübarizə aparır. O, 2002-ci ilin Dünya Kubokunun sahibidir. Məşqçisi Marik Tedeyevdi.
Pekində Olimpiya Oyunlarına qatılan Azərbaycanın aktivində artıq altı: bir qızıl, iki gümüş, üç bürünc medal var. Qızıl medalı cüdoçu Elnur Məmmədli, gümüş medalları güləşçilər Vitali Rəhimov, Rövşən Bayramov, iki bürünc medalları isə cüdoçu Mövlud Mirəliyev və qadın güləşçisi Mariya Stadnik qazanıb.

İndi Olimpiya medalı qazanan ölkələrin sırasında Azərbaycan 32-ci pillədə qərarlaşıb.
XS
SM
MD
LG