Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 04:41

Terror aktında şübhəli bilinən şəxs saxlanılıb


Avqustun 17-də Əbu Bəkr məscidində qumbara atılması nəticəsində 3 nəfər həlak olub
Əbu Bəkr məscidində törədilən terror aktında şübhəli bilinən 24 yaşlı gənc - Emin Aydın oğlu Rəsulov həbs edilib. Məlumatı «Media forum» saytına Bakı şəhər prokurorunun köməkçisi Ramiz Rzayev verib.
O bildirib ki, məsciddə törədilən hadisə ilə əlaqədar aparılan istintaq-əməliyyat tədbirləri zamanı 1984-cü ildə Astara rayonunda anadan olmuş Emin Rəsulov şübhəli şəxs qismində saxlanılıb.

E.Rəsulov Bakıda kirayədə yaşayırmış. Onun kirayədə yaşadığı mənzildə axtarış aparılıb. Mənzildən milli, sosial və dini zəmində düşmənçilik salınmasına, milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlərin aşkar surətdə törədilməsini təbliğ edən kitablar tapılıb.

Avqustun 20-də E.Rəsulova Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda Rəsulovun Əbu Bəkr məscidində törədilən terrorda iştirak edib-etmədiyi araşdırılır.

Avqustun 17-də Əbu Bəkr məscidində qumbara atılması nəticəsində 3 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG