Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) isti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Nazirliyin rəsmi saytında yerləşdirilmiş məlumatda uşaqların açıq havaya çıxarılmasının tövsiyə edilmədiyi bildirilir.
Məlumatda deyilir ki, avqustun 22-si səhər saatlarınadək ölkənin sənaye şəhərlərinin atmosfer havasında zəif, Bakı və Sumqayıtda isə orta çirklənmə səviyyəsi müşahidə olunacaq.
Meteoroloji şəraitlə (temperaturun yüksəlməsi, nisbi rütubətin artması, küləksiz) bağlı Bakı və Sumqayıtın hava hövzəsində dəm qazı, azot-4 oksid, hidrogen flüorid və xlorun intensiv toplanması gözlənilir.