Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

«Minsk qrupu dağıla bilər»


«İndi Rusiya Kosovo presedentindən istifadə edərək bu bölgənin statusunun referendum yolu ilə müəyyən edilməsini tələb edir»
«İndi Rusiya Kosovo presedentindən istifadə edərək bu bölgənin statusunun referendum yolu ilə müəyyən edilməsini tələb edir»
Vaşinqtondakı Hudson İnstitutunun proqram direktoru Zeyno Baran Gürcüstan ətrafında baş verənlərin Dağlıq Qarabağ münaqişəsinə təsirsiz qalmayacağını deyib. Bu barədə «Yeni Müsavat» yazıb.
Zeyno Baran deyib: «İndi Rusiya Kosovo presedentindən istifadə edərək bu bölgənin statusunun referendum yolu ilə müəyyən edilməsini tələb edir. Əgər onlar bu işdə uğur qazansalar, o zaman ermənilərin də Dağlıq Qarabağda referendum keçirmək haqda mövqeləri böyük dəstək qazanacaq».
Ekspert daha sonra deyib ki, Rusiya artıq keçmiş sovet respublikalarındakı münaqişələrin həllində neytral vasitəçi deyil. Bunun Minsk qrupu çərçivəsində aparılan prosesə təsiri də istisna deyil: «Mən hələ bilmirəm nə baş verəcək, lakin Amerika və Rusiyanın regional münaqişənin həllində vasitəçilik etməsini təsəvvür etmək çətindir. Çünki onların mövqeləri kəskin fərqlənir». Ekspertin «Yeni Müsavat»da yer alan müsahibəni «1news.az» saytına verib.

«Yeni Azərbaycan» «müxalifətin çaşqınlıq içində olduğunu» iddia edir. Qəzet yazır: «Qarşıdan gələn prezident seçkilərində iştirakdan imtina edən ənənəvi müxalifət partiyaları yalnız özünüsığorta xarakteri daşıyan addımlarına don geyindirmək üçün yenidən bir araya gəlmək fikrinə düşüblər».
«Hakimiyyət AXCP sədrinin ABŞ səfərini də əngəlləyir». Əli Kərimli «Azadlıq» qəzetinə müsahibəsində deyib: «Hakimiyyət bu addımı ilə bir daha ölkənin adını «məşhurlaşdıraraq», qara siyahılara salacaq».

«Efir məkanımız toy səhnəsini xatırladır»-, «525»-ə müsahibəsində bu barədə deputat Qənirə Paşayeva belə deyib. «Bu gün televiziya kanallarımızın efirlərini, ucuz, bayağı, şit, milli mentalitetimizə, əxlaqımıza zidd verilişlər zəbt edib. Bu, xoşagələn hal deyil».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG