Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:09

«BTC-nin təhlükəsizliyinə yenidən baxılmalıdır»


Enerji məsələləri üzrə ekspert İlham Şaban «İşdən Sonra»ya belə deyib. Onun sözlərinə görə, Qazaxıstan və Türkmənistan BTC ətrafındakı vəziyyəti diqqətlə izləyirlər
Enerji məsələləri üzrə ekspert İlham Şaban «İşdən Sonra»ya belə deyib. Onun sözlərinə görə, Qazaxıstan və Türkmənistan BTC ətrafındakı vəziyyəti diqqətlə izləyirlər
«Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin təhlükəsizliyinə yenidən baxılaraq təmin edilməlidir. Lazım gəlsə, bu kəmərlə bağlı bölgəyə hansısa beynəlxalq qüvvələr yerləşdirilməlidir».
Enerji məsələləri üzrə ekspert İlham Şaban «İşdən Sonra»ya belə deyib. Onun sözlərinə görə, Qazaxıstan və Türkmənistan BTC ətrafındakı vəziyyəti diqqətlə izləyirlər:
«Çünki baş verənlər onların enerji ehtiyatlarının bu kəmərlə Avropaya nəql edilməsi layihələrinin gerçəkləşdirilməsi ideyasını şübhə altına salıb».
Politoloq Vəfa Quluzadə isə deyir ki, Gürcüstanda belə vəziyyətin yaranması Qərbin gecikməsi ucbatından baş verib:
«Əgər Birləşmiş Ştatlar Almaniyanın və Fransanın sözünə baxmayıb vaxtında Gürcüstanı NATO-ya qəbul etsəydi, Rusiya ora qoşun yeridə bilməzdi».
XS
SM
MD
LG