Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 16:52

Mirzə Sakit ona təxribat hazırlandığından ehtiyatlanır


«Həbsxana rəisi bir məhbusa bildirib ki, bu qayçı, get Sakitlə məsələni həll elə»
«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit həbsdə ona təxribat hazırlandığını desə də, həbsxana rəhbərliyi bunu təkzib edir. Mirzə Sakitin vəkili Əlaif Həsənov avqustun 19-da 14 saylı cəzaçəkmə müəssisəsində jurnalistlə görüşüb. Dediyinə görə, həbsxana rəhbərliyinin təmsilçisi Sakit Zahidovla görüşüb, söz verib ki, o, başqa cəzaçəkmə müəssisəsinə köçürüləcək. Ona görə də jurnalist aclıq aksiyasına başlamaq fikrindən daşınıb.
Vəkilin sözlərinə görə, Mirzə Sakit ona təxribat hazırlandığından ehtiyatlanır:
«Həbsxana rəisi bir məhbusa bildirib ki, bu qayçı, get Sakitlə məsələni həll elə».
Əlaif Həsənov deyir ki, burda məqsəd Mirzə Sakitə fiziki xəsarət yetirməkdən daha çox, onu təxribata çəkməkdir ki, jurnalistə əlavə cəza tətbiq olunsun.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Mehman Sadıqovsa Mirzə Sakitə qarşı hər hansı təxribat hazırlandığını təkzib edir.
«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit (Sakit Zahidov) 2006-cı ilin iyununda üç il müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz narkotik saxlamaqda ittiham olunub. Jurnalist özü isə həbsini siyasi sifariş hesab edir və bunu yazdığı radikal məqalələrlə əlaqələndirir. Onun qardaşı «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və başqa bir jurnalist Eynulla Fətullayev də həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG