Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının aylıq pul təminatı və mülki işçilərinin aylıq əmək haqları artırılıb.
Prezident İlham Əliyevin avqustun 18-də imzaladığı sərəncamla DSX-nin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırılıb. Xidmətin mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları isə orta hesabla 25 faiz artırılıb.
DSX-nin hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği isə iki dəfə artırılıb.
Sərəncam bu il sentyabr ayının 1-dən qüvvəyə minir.